20 YANVAR

Şanlı tariximizin unudulmaz səhifəsi olan bu gündən 21 il ötür…bu illər ərzində bir çox hadisələr baş verib: müstəqillik qazanmışıq, torpaqlarımızın bir hissəsi işğal altına düşüb, atəşkəs elan olunub, əsrin müqaviləsi imzalanıb, konstitusiyamız qəbul olunub, Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili elan olunub və bunun kimi bir neçə önəmli hadisələr…bəs bütün bu hadisələri hal-hazırda biz gənclər necə dəyərləndiririk?…ele götürək 20Yanvar hadisəsini…yadımdadı kiçik yaşlarımda  bu günü çox dərin kədərlə, hüznlə qeyd edərdik…müəlimlərimiz həmişə ürəkağrısı ilə söhbət açardılar bu gün barəsində…amma indi hər şey fərqlidi və nəhayət ki, bu günü layiq olduğu kimi qürurla, şəhidlərimizlə duyduğumuz fəxr hissi ilə qeyd edirik. Bəli, bu gün biz neçə-neçə igid övladlarımızı, günahsiz körpələrimizi, qoca nənələrimizi. babalarımızı itirmişik, amma ağlamaqla hansı yara sağalıb axı?!…amma bu günü azadlıq hərəkatımızın ən önəmli günü kimi qeyd etdikdə hər birimizdə xüsusi bir qürur hissi oyanır…Azərbaycanlı olduğumuz üçün, qanımız bahasına qazanılmış müstəqilliyimizi qoruyub saxladığımız üçün, “uğrunda ölən varsa Vətəndir” cümləsini Azərbaycanıma aid edə bildiyim üçün…və bütün bunlara əsaslanaraq torpaqlarımız uğrunda düşməni məhv etməyə hər an hazır olduğumuz üçün…MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM… İNDİ DƏ FƏXR EDİRƏM…MƏN AZƏRBAYCANLIYAM!!!

About these ads
Kateqoriyalar: Uncategorized
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

%d bloqqer bunu bəyənir: