Arxiv

Archive for the ‘SEÇİLƏNLƏR’ Category

Albert Eynşteyn

Yanvar 13, 2011 1 şərh

Albert Eynşteyn 1879-cu il martın 14-də Almaniya da doğulub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. 1894-cü ildə Hermann Eynşteynin iflası nəticəsində onlar İtaliyaya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ilə evlənir. Bir qızı və iki oğlu dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyası müdafiə edir və 1909-cu ildə Sürix Universitetində professor kimi çalışmağa başlayır. 1911-ci ildə Praqa Universitetində fizika professoru olur. 1912-ci ildə Sürix Universitetinə geri dönüb riyaziyyatçı Marsel Qrossman ilə birgə fəaliyyət göstərir. 1914-cü ildə Berlin Universitetində professor kimi çalişmağa başlayır.

Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib ABŞ-a köçür və Prinston Universitetində professor kimi çalişmağa başladı. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır.

II Dünya Müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Dr. Chaim Weizmann ilə Qüds Universitetində birgə çalışır. 1945-ci ildə prezident Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verir. Xirosima və Naqasaki faciəsindən sonra elmi kəşflərin insanlıq əleyhinə istifadə edilməsindən bir elm adamı kimi böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır.

Atom bombası Albert Eynşteynə, Avropa və ABŞ-dakı bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır. 1920-ci illərdə Avropada, Amerikada dərs deyir.

Çalışmaları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında Copley Nişanı (1925) və Franklin Nişanı (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatı na layiq görülür.

Albert Eynşteyn 18 aprel 1955-ci ildə Prinstonda vəfat edir.

Nisbilik nəzəriyyəsi və xüsusilə də cisimlərin kütlə və enerjiləri arasındakı məşhur E=mc² münasibətinə görə məşhurdur.

1921-ci ildə Nəzəri fizika elmində xidmətlərinə və ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülmüşür.

Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında – xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, nisbi kosmologiya sahəsində tədqiqatları, kapilyar hərəkət, kritik opalesensiya, statik mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Braun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Eynştyen bununla Foton nəzəriyyəsinin əsanı qoyur), süni (və ya həyəcanlaşdırılmış) süalanma da daxil olmaqla radiasiya nəzəriyyəsi, eynicinsli sahə nəzəriyyəsi və digər elmi tədqiqat işlərini göstərmək olar.

1999-cu ildə Time jurnalının keçirdiyi səs sorğularına əsasən “Əsrin adamı” və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görülmüşdür. Müasir günümüzdə “Eynşteyn” adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir.

Kateqoriyalar: SEÇİLƏNLƏR