Arxiv

Archive for Fevral 3, 2013

Türk toyu

Fevral 3, 2013 2 şərh

İlk dəfə idi bir türk toyunda iştirak edəcəkdim. Bir rəfiqəm “bax, bugün gördüyün toydan dərhal türk toyu belə olur deyə nəticə  çıxartmağa tələsmə”0c756433fc0a4bf9387e698072a30aba demişdi.

   Toy salonu evin çox yaxınlığında, bir mərkəzin ən üst mərtəbəsində idi. Yolda eşitdim ki, kimsə “gec gəlmişik, ayaqüstə qala bilərik” dedi. Bunun nə demək olduğunu düşünmək belə istəmirdim. Axı bizim toylarda belə hallarla heç vaxt qarşılaşmamışam. İçəri girməzdən əvvəl salonun isti, oksigensiz havası məni vurdu. Toy sahibinə təqdim edildim. Azərbaycandan gəlib dedilər. Hörmətlə əyilərək əlimi sıxdı və : “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misralarıyla məni salamladı, “xoş gəlmisiniz” dedi.   Hədsiz dərəcədə xoş oldu mənə bu qarşılama. Artıq çətin ki, bu toyda nə isə əhvalımı korlayaydı. Ətraflı…